Bu sözləri Azb.az saytına açıqlamasında “Neftçi” basketbol komandasının üzvü Cəbrayıl Əkbərov deyib.
24 yaşlı basketbolçu komandasının FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” klubu ilə keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:
“Hazırlığımız yaxşı keçib. Türkiyədə yüksək səviyyəli komandalarla yoldaşlıq görüşləri keçirmişik. Həmin oyunlar bizim üçün çox yaxşı təcrübə oldu. Fikrimcə, rəqibdən zəif deyilik. Üstəlik, ilk oyun evdə olacaq. Bu da bizim üçün üstünlükdür. Həm yolda yorulmayacağıq, həm də doğma meydanda azarkeş dəstəyini hiss edəcəyik”.
Qeyd edək ki, qarşılaşma sentyabrın 23-də Bakı İdman Sarayında keçiriləcək. Matç saat 19:00-da başlayacaq.