Avrokuboklar

"Jalgiris" 2026/2027 mövsümü üçün rekorda imza atdı

"Jalgiris" 2026/2027 mövsümü üçün rekorda imza atdı

Litvanın aparıcı basketbol klubu "Jalgiris" 2026/2027 mövsümü üçün büdcəsini rekord səviyyəyə çatdırıb.

AzB.az xəbər verir ki, klubun prezidenti Paulius Yankunas və idman direktoru Gediminas Naviçkas illik büdcənin 28,8 milyon avro olacağını açıqlayıblar. Bu məbləğin 19,7 milyon avrosu birbaşa oyunçu və heyətin maaş fonduna yönəldiləcək.

Klub rəhbərliyi mövsüm ərzində 26,8 milyon avro gəlir əldə etməyi planlaşdırır. Müqayisə üçün qeyd edək ki, ötən mövsüm klubun faktiki gəliri 24 milyon avro, xərcləri isə 24,8 milyon avro təşkil etmişdi.

Maaş büdcəsindəki ciddi artım klubun iddialı məqsədlərini göstərir. Baş məşqçi Tomas Masyulis, həmçinin Yonas Valançunas və Edqaras Ulanovas kimi təcrübəli basketbolçuların liderliyi ilə "Jalgiris" Avroliqanın iddialıları ilə rəqabət aparmağı hədəfləyir.

Litvalılar Avroliqada yeni mövsümün ilk matçında cümə axşamı səfərdə "Srvena Zvezda" ilə üz-üzə gələcəklər.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər