Avrokuboklar

"Gəncə"nin Avropa Kubokundakı təqvimi bəlli oldu

"Gəncə"nin Avropa Kubokundakı təqvimi bəlli oldu

Avrokuboklarda debüt etməyə hazırlaşan "Gəncə"nin FIBA Avropa Kubokundakı oyun cədvəli dəqiqləşib.

AzB.az xəbər verir ki, bölgə təmsilçisinin turnirdəki ilk oyunu oktyabrın 7-də İstanbulda "Esenler Erokspor"a qarşı olacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qərb təmsilçisinin bütün ev oyunları Gəncə İdman Sarayında baş tutacaq və eyni saatda - 19:00-da başlayacaq.

"Gəncə" doğma azarkeşləri önündə ilk avrokubok matçını oktyabrın 14-də "Kolossos H Hotels"ə qarşı keçirəcək.

"Gəncə"nin C qrupundakı oyun cədvəli:

  • 7 oktyabr: "Esenler Erokspor" (Türkiyə) – "Gəncə" (20:00)

  • 14 oktyabr: "Gəncə" – "Kolossos" (Yunanıstan) (19:00)

  • 21 oktyabr: "Rilski Sportist" (Bolqarıstan) – "Gəncə"

  • 29 oktyabr: "Gəncə" – "Sportinq" (Portuqaliya) (19:00)

  • 4 noyabr: "Universitatya" (Rumıniya) – "Gəncə"

  • 12 noyabr: "Gəncə" – "Esenler Erokspor" (Türkiyə) (19:00)

  • 18 noyabr: "Kolossos" (Yunanıstan) – "Gəncə"

  • 10 dekabr: "Gəncə" – "Rilski Sportist" (Bolqarıstan) (19:00)

  • 16 dekabr: "Sportinq" (Portuqaliya) – "Gəncə" (23:30)

  • 23 dekabr: "Gəncə" – "Universitatya" (Rumıniya) (19:00)

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar növbəti mərhələyə yüksələcək.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər