NBA və Avroliqa arasında Avropa basketbolunun gələcəyi ilə bağlı danışıqlar davam edir.
AzB.az xəbər verir ki, Avroliqanın baş icraçı direktoru Çus Bueno hələlik NBA-dan rəsmi təklif almadıqlarını bildirib:
"Mümkün tərəfdaşlıqla bağlı NBA-dan heç bir sənəd almamışıq. Tərəflər arasında məxfilik sazişi var və hər hansı sənəd yalnız ortaq razılıqdan sonra açıqlanacaq. Konkret təklif olarsa, məsələni diqqətlə araşdırıb klub sahiblərinə təqdim edəcəyik".
Mütəxəssis əlavə edib ki, Avroliqa basketbolun inkişafı üçün NBA və digər qurumlarla əməkdaşlığa açıqdır.