"Neftçi" FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın "Parnu" komandası ilə üz-üzə gələcək.
Azb.az xəbər verir ki, sözügedən matç 23 sentyabr saat 19:00-da Bakı İdman Sarayında keçiriləcək. Matç üçün biletlər artıq satışa çıxarılıb. Qiymətlər 5-15 AZN arasında dəyişir.
Biletləri azebasketball.com saytından əldə edə bilərsiniz. 14 yaşadək uşaqlar üçün bilet tələb olunmur.