ABL

ÖZƏL: Şəhriyar Əsgərov “Lənkəran”da

ÖZƏL: Şəhriyar Əsgərov “Lənkəran”da

Şəhriyar Əsgərov "Lənkəran" komandasının yeni baş məşqçisi olacaq

Bu barədə mütəxəssis özü Azb.az saytına açıqlama verib.

Məşqçi yeni komandası ilə hədəflərindən danışıb:

"II Liqada artıq 6 komandanın adı məlumdur və çalışıb növbəti mövsüm "Lənkəran"ı Super Liqaya yüksəltmək istəyirik. Burada bir sıra digər faktorlar da var. Ancaq söhbət sırf oyundan gedirsə, əlimdən gələni edəcəyəm".

Əsgərov növbəti mövsümün rəqabətli keçəcəyini vurğulayıb:

"Super Liqanın dörd klubu arasında rəqabət çox güclü olacaq. Mən bura “Landau Lions”, “Sabah” və “Neftçi”dən başqa “Ordu” klubunu da əlavə edərdim. Həmçinin “Gəncə” də bu il çox yaxşı formadadır.

Azərbaycanın dörd klubunun Avroliqada iştirakı sevindirici haldır. Xüsusən də “Neftçi”nin qalibiyyəti bizi çox sevindirdi. Digər komandalarımıza da qələbə arzu edirik. Böyük klublarla oynamaq Azərbaycan basketbolunun təbliğatına mühüm təsir edəcək.

Ən çox arzuladığım şey odur ki, tribunalar dolu olsun. Qələbələr gələcək, məğlubiyyətə görə isə komandalarımızı qınamayaq. Çünki biz hələ yolun başındayıq".

Qeyd edək ki, Ş. Əsgərov ötən mövsüm "Quba"nı çalışdırıb.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər