ABL

Endər Poladxanlı: “Yeni mövsümün açılışına layiq bir oyun oldu”

Endər Poladxanlı: “Yeni mövsümün açılışına layiq bir oyun oldu”

“Hər iki komanda sona qədər parketdə mübarizə apardı və azarkeşlər gözəl bir oyun izlədilər”.

Bu sözləri Azb.az saytına açıqlamasınsa “Sabah” basketbol klubunun oyunçusu Endər Poladxanlı deyib.

O, Azərbaycan Basketbol Liqasında (ABL) mövsümün ilk oyununda “LANDAU Lions” üzərində qazanılan (84:74) qələbədəm danışıb:

“Düşünürəm ki, “Landau Lions”a qarşı oyun çox maraqlı keçdi. Xüsusən də azarkeşlər üçün. ABL-in yeni mövsümünün açılışına layiq bir oyun idi”.

Son periodda çox şey dəyişmədi. Sadəcə, müdafiədə bəzi məqamlarda dəyişikliklər etdik. Ümumilikdə, öz sistemimizə uyğun olaraq bütün oyunu oynadıq və sonda qələbə qazana bildik”.

Poladxanlı komandanın Çempionlar Liqasına hazırlığı ilə bağlı da fikirlərini bölüşüb:

“Komanda hələ formalaşma mərhələsindədir. Yüz faiz deməzdim ki, hazırıq. Hələ düzəldilməli məqamlar var. Ancaq sözsüz ki, bunların hamısını qısa müddətdə düzəldib Çempionlar Liqasında mübarizəyə hazır olacağıq”.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər