ABL

Hüseyn Əsgərli: “Sumqayıt”a keçidim mənim üçün yeni bir mərhələdir”

Hüseyn Əsgərli: “Sumqayıt”a keçidim mənim üçün yeni bir mərhələdir”

"Adaptasiya prosesim yaxşı gedir".

Bu sözləri Azb.az saytına açıqlamasında "Sumqayıt"ın yeni transferi Hüseyn Əsgərli deyib.

O, yeni komandasına keçidindən danışıb:

"Məni yaxşı qarşıladılar, məşqçilər və komanda yoldaşlarımla münasibətim yaxşıdır. "Sumqayıt”a keçidim mənim üçün yeni bir mərhələdir. Klubdan təklif gələndə mən də karyeram və inkişafım üçün yaxşı seçim olduğunu düşündüm və razılaşdım. Təbii ki, yeni komandaya tam uyğunlaşmaq üçün bir az zaman lazımdır, amma hazırda hər şey qaydasındadır".

Əsgərli gələcək hədəflərindən də danışıb:

"Əsas hədəfim ilk növbədə komandaya maksimum fayda vermək, daha çox oynamaq və öz üzərimdə işləyərək inkişaf etməkdir. “Sumqayıt”la yaxşı nəticələr qazanmaq istəyirəm. Daha sonrakı hədəflərimi isə zaman göstərəcək.

İlk oyunumuz NTD-yə qarşı olacaq. Əlbəttə, istəyirik ki, ilk oyundan qələbə qazanaq və liqaya yaxşı başlayaq. Bunun üçün də komanda olaraq əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Sumqayıt" klubu Hüseyn Əsgərli ilə 1 illik müqavilə imzalayıb. 20 yaşlı oyunçu daha əvvəl "Sərhədçi", "Şəki" və "Lənkəran"da da çıxış edib.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər