"Məqsədimiz pley-off və yarımfinala yüksəlməkdir" - Erhan Toker
Baş məşqçi Erhan Toker “LANDAU Lions”un cari mövsüm üçün hədəflərini açıqlayıb.
AzB.az xəbər verir ki, "şirlər"in çalışdırıcısı mövsümün gedişində əsas məqsədlərinin pley-off və yarımfinal mərhələsinə yüksəlmək olduğunu bildirib.
“Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bu, bir çox amildən asılıdır. Əsas məsələlərdən biri sağlam qalmaq və zədələrdən qorunmaqdır. Bizim 7 legionerimiz var, son rəqibimiz "Sabah"da isə bu rəqəm 9-dur. Onların hələ oynamayan basketbolçuları da var və hər oyunda fərqli oyunçulardan istifadə edə bilirlər. Bu, böyük üstünlükdür.
Məqsədimiz əvvəlcə pley-offa və yarımfinal mərhələsinə yüksəlməkdir. Ötən mövsüm çatdığımız mərhələyə yenidən gəlib orada oyunlar qazanmağa çalışacağıq. Həmin səviyyəyə çatdıqdan sonra isə daha bir addım irəli gedə biləcəyimizi düşünəcəyik”, – Toker qeyd edib.
