Azərbaycan Basketbol Liqasında daha bir oyunun keçirilməsi təxirə salınıb.
AzB.az xəbər verir ki, I turda "Naxçıvan" – "Neftçi" oyununun ardından II turun "Gəncə" – "Sabah" matçı da keçirilməyəcək. Hər iki komanda avrokuboklarda ilk səfər oyunlarına çıxacaqlar.
Belə ki, oktyabrın 6-da "Sabah" Çempionlar Liqasında VİLN, "Gəncə" isə 7 oktyabrda "Erok" ilə üz-üzə gələcək.