Azərbaycan Basketbol Liqasının I turu üzrə keçirilməli olan "Naxçıvan" – "Neftçi" oyunu təxirə salınıb.
AzB.az xəbər verir ki, oktyabrın 4-də saat 15:00-da keçirilməsi nəzərdə tutulan matç baş tutmayacaq. Buna səbəb "Neftçi"nin oktyabrın 6-da FIBA Avropa Kubokunun qrup mərhələsində Yunanıstanda Mikonos komandası ilə səfər oyununa çıxmasıdır.
Qarşılaşmanın yeni tarixi barədə əlavə məlumat veriləcək.