ABL

“Çempionluğa doğru addım-addım” - "Sabah"ın Cerri Bleyksi İNAMLI DANIŞDI

“Çempionluğa doğru addım-addım” - "Sabah"ın Cerri Bleyksi İNAMLI DANIŞDI

“Sabah” basketbol klubu ABL-də mövsümün ilk oyununda geridönüş edərək "LANDAU Lions"u 84:74 hesabı ilə məğlub edib.

AzB.az xəbər verir ki, qələbədə mühüm rol oynayan Cerri Bleyks 21 xal toplayıb və 4 ribaundla yadda qalıb. Qarşılaşmadan sonra amerikalı basketbolçu oyunun gedişi, şəxsi çıxışı, azarkeşlər və komandanın mövsüm üçün hədəfləri barədə danışıb:

“Geridönüş üçün çox çalışdıq. Komanda olaraq əlimizdən gələni etdik. Rəqibin də haqqını vermək lazımdır. Onlar yaxşı komandadır. Sadəcə, oyunu güclü başa vurmalı idik. Bunun mübarizə şəklində keçəcəyini bilirdik. Bir neçə gün əvvəl də onlarla oynamışdıq. Ona görə də uzun və çətin oyun olacağını bilirdik. Matç boyunca mübarizəni davam etdirməli idik və bunu bacardıq”.

21 xal toplamasına baxmayaraq, basketbolçu öz çıxışından tam razı qalmadığını deyib: “Əslində, razı qalmadım. Düşünürəm ki, daha yaxşı oynaya bilərəm. Özümü daha da inkişaf etdirə bilərəm. Amma qalib gəldik, bu da yaxşıdır”.

Bleyks qarşılaşma zamanı tribunada yaradılan atmosferdən də danışıb: “Atmosfer möhtəşəm idi. Bu axşam azarkeşlərimizin belə dəstək göstərməsinə şadam. Biz də onlara yaxşı oyun nümayiş etdirə bildik”.

“Sabah”ın mövsüm üçün hədəfi ilə bağlı suala isə amerikalı basketbolçu qısa cavab verib: “Addım-addım”.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər