ABL

"Landau Lions"un baş məşqçisi Erhan Toker "Sabah"la matçdan sonra danışıb

"Landau Lions"un baş məşqçisi Erhan Toker "Sabah"la matçdan sonra danışıb

“LANDAU Lions” klubunun baş məşqçisi Erhan Toker Azərbaycan çempionatının ilk turunda “Sabah”a məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

AzB.az xəbər verir ki, mütəxəssis yerli basketbolçuların performansının komandaya təsir etdiyini bildirib:

“İlk olaraq “Sabah”ı təbrik edirəm. Yerli oyunçuların performansı oyunun gedişində ümumi gedişata, həmçinin hansı oyunçunun öz mövqeyində, yaxud fərqli mövqedə oynamasına təsir edir. Bu görüşdə Ercan Donat bir qədər kömək etməyə çalışdı, ilk dövrədə Nicat Məmmədli də komandaya dəstək oldu. İsmayıl Abdullayev isə gözlədiyimizdən zəif təsir bağışladı.

Bütün bunları nəzərə alsaq, müdafiədə yaxşı çıxış edə bilmədik. Rəqib bir qədər sərt oynadı. Hakimlər də keyfiyyətli oyun olması üçün sərtliyə icazə verdi. Biz onlar qədər sərt oynaya bilmədik və bu baxımdan müəyyən problemlər yaşadıq.

Mübarizədən razı qaldım. “Sabah”ı təbrik edirəm. Hər zaman olduğu kimi, bu oyundan dərs çıxaracaq və harada səhv etdiyimizi təhlil edəcəyik.

Təbii ki, Arnas Sakenisin zədələnməsi də oyunun gedişatına təsir etdi. Edvart Polayt isə zədə səbəbindən onsuz da tam hazır deyildi. Arnasın zədələnməsindən sonra parketdə daha çox qalmağa məcbur oldu.

Qarşıda bizi “Cenevre Lions”la oyun gözləyir. Bu, FIBA Avropa Kubokunda bu mövsüm qrup mərhələsində ilk matçımızdır. Artıq bizim üçün önəmli olan həmin oyuna hazırlıqdır”.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər