Emmanuel Aqbason: "İşimiz dominantlıq etməkdir"
“Sabah” basketbol klubunun və Azərbaycan millisinin üzvü Emmanuel Aqbason yeni mövsümdəki hədəfləri barədə AzB.az-a açıqlamalar verib:
Gənc basketbolçu komandasının ötən mövsümdəki çıxışını və qarşıdakı çempionatda qarşıya qoyulan məqsədləri dəyərləndirib:
“Ötən mövsüm bizim üçün əla keçdi. Gənc oyunçular olaraq böyük inkişaf yolu keçdik. Bu mövsüm isə şəxsi məqsədim komandaya kömək edən rol oyunçusu olmaq və əlimdən gələnin ən yaxşısını etməkdir. Əsas istəyim ABL-də beşinci dəfə çempion ola bilməyimizə töhfə verməkdir.
O, "Sabah" bu il də dominantlıq edə biləcək" sualına isə belə cavab verib:
"Əlbəttə, işimiz dominantlıq etməkdir. Yeni baş məşqçimiz, yeni oyunçularımız və komandadakı yaxşı ab-hava ilə çox güclü kollektiv formalaşdırmışıq. İnanıram ki, çempionluq yenidən bizim olacaq".
16 yaşlı basketbolçu son bir ilini bir sözlə belə ifadə edib:
"Ötən ili və bu ili bir sözlə ifadə etməli olsam, “minnətdarlıq” deyərdim. Mənim üçün çox dəyərli və möhtəşəm bir il oldu. Ümid edirəm ki, bu mövsüm də ötən il kimi uğurlu keçəcək”.
