"Sabah" basketbol klubunun prezidenti Maqsud Adıgözəlov yeni mövsümdəki hədəfləri və gözləntiləri barədə açıqlama verib.
AzB.az xəbər verir ki, klub rəhbəri bu mövsüm də iddialı olacaqlarını və yalnız çempionluq üçün mübarizə aparacaqlarını bildirib:
"Biz ancaq titulların dalınca gedirik. 2018-ci ildə Premyer Liqada debüt edəndə də titul dalınca gəlmişdik. Sadəcə bu il gözləntilər daha çoxdur. İki-üç cəbhədə mübarizə aparmaq çətin olacaq. Tək biz bunu etmirik. Ümumiyyətlə bütün dünyada digər peşəkar komandalar da 2-3 cəbhədə oynamağa öyrəşməlidir".