“Sumqayıt” BK heyətini yeni oyunçu ilə gücləndirib.
AzB.az xəbər verir ki, onlar amerikalı mərkəz oyunçusu (center) Aleks Holt ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
27 fevral 2002-ci il təvəllüdlü, 205 sm boya malik basketbolçu ABŞ-də “Mercer” Universitetini bitirdikdən sonra peşəkar karyerasına Gürcüstanın “Telavi” klubunda başlayıb. Holt bu komandanın heyətində keçirdiyi oyunlarda orta hesabla 7,4 xal və 7 ribaundla yadda qalıb.