Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq "Ordu" BK yeni mövsüm öncəsi transfer çalışmalarını başa çatdırıb.
AzB.az xəbər verir ki, bu barədə saytımıza klub rəsmisi məlumat verib.
O, komandanın heyətinin tam formalaşdığını və hazırda gündəmdə yeni oyunçu transferinin olmadığını bildirib:
"Bəli, transferlərimiz artıq başa çatıb. Hazırda heyətimiz tam komplektləşdirilib. Yaxın zamanda yeni basketbolçu ilə müqavilə imzalamağı planlaşdırmırıq. Liqanın başlaması üçün demək olar ki, bütün hazırlıqlar yekunlaşıb".