"LANDAU Lions" klubunun basketbolçusu Sadettin Donat uzun fasilədən sonra meydanlara qayıtması və yeni mövsümə hazırlıq prosesi barədə fikirlərini bölüşüb.
AzB.az xəbər verir ki, təcrübəli oyunçu özünü yaxşı hiss etdiyini və komandanın çempionluq hədəfinə inandığını bildirib:
"Uzun zamandan sonra meydanlara qayıtmaq yaxşı oldu. Komanda yoldaşlarımı yenidən görmək də xoş idi. Ötən mövsüm bizim üçün yaxşı keçdi, lakin sonunu istədiyimiz kimi gətirə bilmədik. Bu il komandamızda 3-4 yeni transfer var və düşünürəm ki, heyət daxilində kimyamız daha yaxşıdır. Təxminən bir ay yarımdır yay hazırlığı keçirik. Mövsümə hazır olduğumuzu düşünürəm və bu il daha uğurlu nəticə göstərərək çempion olacağımıza inanıram".