ABL

"Sumqayıt"dan növbəti transfer - RƏSMİ

"Sumqayıt"dan növbəti transfer - RƏSMİ

"Sumqayıt" BK heyətini yeni amerikalı basketbolçu ilə gücləndirib. 

AzB.az xəbər verir ki, onlar 27 yaşlı forvard Malek Qrinlə mövsümün sonuna qədər müqavilə bağlayıb.

201 sm boya malik basketbolçu ABŞ-də "Yanqstaun Steyt" komandasında çıxış edib və orada keçirdiyi son mövsümdə orta hesabla 10,1 xal, 5,7 ribaund göstəriciləri ilə diqqət çəkib.

Karyerası ərzində Lüksemburq, Vyetnam, Xorvatiya, İngiltərə və Almaniya çempionatlarında da forma geyinən Qrin xüsusilə Almaniya liqasında fərqlənib. O, burada hər oyuna orta hesabla 11,6 xal və 5,6 ribaundla mübarizə aparıb.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər