ABL
"Sumqayıt" yerli basketbolçu ilə 1 illik müqavilə bağladı
"Sumqayıt" BK yeni mövsüm öncəsi heyətini yeni basketbolçu ilə gücləndirib.
AzB.az xəbər verir ki, Sumqayıt təmsilçisi forvard (small forward) mövqeyində çıxış edən Hüseyn Əsgərli ilə 1 illik müqavilə imzalayıb.
20 yaşlı basketbolçu karyerası ərzində "Sərhədçi", "Şəki" və "Lənkəran" kimi komandaların formasını geyinib.
Əsgərli Azərbaycanın U-18 və U-20 millilərində çıxış edib, həmçinin FIBA 3x3 turnirlərində ölkəmizi təmsil edib.
