"Gəncə" BK 2026/2027 mövsümündə mübarizə aparacağı Azərbaycan Basketbol Liqası (ABL) və FIBA Avropa Kuboku üçün hazırlıqlarını davam etdirir.
AzB.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi hər iki turnirə hazırlıq prosesini müəyyənləşdirilmiş plan üzrə paralel şəkildə həyata keçirir.
Hazırda klubun heyətinə yeni basketbolçu cəlb etmək planı yoxdur. Komanda qarşıdakı günlərdə də hazırlıq proqramına uyğun olaraq məşqlərini sürdürəcək.