ABL

"Naxçıvan"da 10 yeni transfer: "Ağ-göylər" heyəti formalaşdırdı

"Naxçıvan"da 10 yeni transfer: "Ağ-göylər" heyəti formalaşdırdı

"Naxçıvan" basketbol klubu yeni mövsüm öncəsi heyətini tam formalaşdırıb.

AzB.az-ın əldə etdiyi məlumata görə, "ağ-göylər" heyətinə 10 yeni basketbolçu cəlb edib, 2 oyunçu ilə isə müqavilə müddətini uzadıb. Klub rəsmisinin sözlərinə görə, hazırda başqa bir transfer gündəmdə deyil:

"Transfer çalışmalarımızı tamamlamışıq. Heyətlə bağlı bütün yeniliklər artıq rəsmi səhifəmizdə paylaşılıb. Əlavə transfer olacağı təqdirdə bu barədə ictimaiyyətə məlumat veriləcək".

Komandaya qoşulan yeni basketbolçular: Amil Həmzəyev, Səid İsmayılov, Murad Babayev, Rəvan Əliyev, Azər İbrahimov, Ceremi Heyz, Oleq Kojenets, Mayls Uilmot, Deşon Stivens və Kristian Kuns.

Müqaviləsi yenilənən oyunçular: Camaal Brantli və Yavər Abbasov.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər