ABL
NTD 10 basketbolçusu ilə yollarını ayırdı
NTD Basketbol Klubu yeni mövsüm öncəsi heyətində ciddi dəyişikliklər edib.
AzB.az xəbər verir ki, paytaxt təmsilçisi bir sıra yerli oyunçuları və legionerləri ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanlı basketbolçulardan Murad Babayev, Deniz Berköz, Ramazan Qarayev və Hacısaməd Oğuz komandadan ayrılıblar.
Həmçinin legionerlərdən Harrison Batler, Cessi Gi, Lakim Makaliley, Lanqdon Hatton, Tay Kokfild və Zeyn Noulsla başa çatan müqavilələr yenilənməyib.
