ABL
NTD gənc basketbolçuları ilə yeni müqavilə imzaladı
NTD BK yeni mövsüm üçün heyətini formalaşdırır.
AzB.az xəbər verir ki, paytaxt təmsilçisi gənc basketbolçuları Oğuzxan Quliyev və Mübariz Mirzəyevlə müqavilələrin müddətini daha bir il uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, hər iki oyunçu Azərbaycanın U-20 millisinin də üzvüdür.
