ABL

“Sabah” BK yeni mövsümə hazırdır?

“Sabah” BK yeni mövsümə hazırdır?

“Sabah” basketbol komandası yeni mövsümə hazırlıqlarını davam etdirir. 

Klubun mətbuat katibi Kənan Hakimov komandanın hazırki durumu ilə bağlı Azb.az-a açıqlama verib:

“Komanda artıq komplektləşdirilib. Məşqlərimiz davam edir. 23 gün təlim-məşq toplanışında iştirak edib. Avropanın 5 səviyyəli komandasına qarşı yoxlama oyunu keçirdik. Heyət hazırdır. Digər məsələlər baş məşqçinin səlahiyyətindədir. Transferlər tamamlanıb. Bu heyətlə mübarizə aparılacaq”.

Qeyd edək ki, “Sabah” yeni mövsümün ilk oyununda “LANDAU Lions” ilə üz-üzə gələcək. Görüş sentyabrın 30-da baş tutacaq.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər