ABL
"Sumqayıt"dan növbəti amerikalı transferi
"Sumqayıt" Basketbol Klubu heyətini yeni amerikalı basketbolçu ilə gücləndirib.
AzB.az xəbər verir ki, onlar 31 yaşlı oyun qurucusu Cordan Uatsonla mövsümün sonunadək müqavilə imzalayıb.
188 sm boya malik təcrübəli oyunçu son olaraq Slovakiyanın "Slovan Bratislava" klubunun şərəfini qoruyub.
O, karyerası ərzində Litva, Serbiya, Latviya və Bosniya və Herseqovina liqalarında da çıxış edib.
