"LANDAU Lions" basketbol klubu yeni mövsümün hazırlıqlarını davam etdirir.
AzB.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, çempionatın startına az müddət qalmış komandada ciddi zədə problemi yoxdur.
Sadəcə, Sadettin Donatın zədəsi var idi. O da artıq komanda ilə məşqlərə qoşulub
Transfer məsələsinə gəlincə isə, son olaraq Rüstəm Əliyev kollektivi tərk edib. Hazırda heyətdə bir vakant yerin qalmasına baxmayaraq, yaxın vaxtlarda yeni bir transferin edilməsi nəzərdə tutulmur.