"LANDAU Lions" basketbol klubu məşqçilər korpusunu gücləndirib.
AzB.az xəbər verir ki, Azərbaycan milli basketbol komandasının həkimi Səbuhi Hacıyev bundan sonra paytaxt klubunun tibbi heyətinə rəhbərlik edəcək.
Qeyd edək ki, S.Hacıyev uzun illərdir idman həkimi kimi müxtəlif federasiyalar, klublar və idmançılarla əməkdaşlıq edərək onların sağlamlığının qorunmasında zəngin təcrübə qazanıb.