ABL

Amil Həmzəyev "Naxçıvan"ı seçməsinin səbəbini açıqladı

Amil Həmzəyev "Naxçıvan"ı seçməsinin səbəbini açıqladı

"Naxçıvan" basketbol klubuna qayıdan Amil Həmzəyev bu keçidlə bağlı fikirlərini AzB.az ilə bölüşüb.

Təcrübəli basketbolçu ilk təklifin məhz Naxçıvan təmsilçisindən gəldiyini və qərarını çoxdan verdiyini bildirib:

"İlk təklif "Naxçıvan"dan gəldi. Bura mənə yad yer deyil, doğma klubumdur. Məhz buna görə təklifi dərhal qəbul etdim. Əslində, razılığa çoxdan gəlmişdik, sadəcə bunu rəsmi şəkildə bir qədər gec açıqladıq".

O, komandanın qarşısına qoyulan məqsədlərdən də söz açıb:

"Hər zamankı kimi, bu mövsüm də hədəfimiz ən yüksək pillələr uğrunda mübarizə aparmaqdır".

Dostlarınla paylaş

Əlaqəli xəbərlər