ABL

“Naxçıvana qayıtdığım üçün çox xoşbəxtəm” - Amil Həmzəyev

“Naxçıvana qayıtdığım üçün çox xoşbəxtəm” - Amil Həmzəyev

“Naxçıvan” basketbol klubuna keçid edən Amil Həmzəyev transferi ilə bağlı fikirlərini bölüşüb.

AZB.az xəbər verir ki, basketbolçu Naxçıvan təmsilçisinə qayıdışı ilə bağlı sosial şəbəkə səhifəsində paylaşım edib: 

“Naxçıvana qayıtdığım üçün çox xoşbəxtəm və bu səfərin bir parçası olduğum üçün həyəcanlıyam. Komandamız və azarkeşlərimiz üçün əlimdən gələni etməyə hazıram”.

Qeyd edək ki, son olaraq “Neftçi” İK-da çıxış edən 36 yaşlı oyunçu daha öncə "Xəzri", "Gəncə" kimi klublarda forma geyinib.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər