“Sumqayıt” Basketbol Klubu heyətinə yeni oyunçu cəlb edib.
Azb.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda müdafiəçi mövqeyində çıxış edən 187 sm boya malik Elşad Şirzadovla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Şirzadov ötən mövsümü “Ordu”nun heyətində keçirib. 27 yaşlı basketbolçu daha əvvəl NTD və “Gəncə” klublarında da oynayıb. Elşad Şirzadov U-18, U-20 və əsas millimizin uğurları üçün də çalışıb.