ABL

ABL klubları və hakimlər bir araya gəldi

ABL klubları və hakimlər bir araya gəldi

Azərbaycan Basketbol Liqasında (ABL) yeni mövsüm öncəsi klub rəsmiləri və hakimlər bir araya gəliblər.

AzB.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasının (ABF) Hakimlər Kollegiyası ilə ABL təmsilçilərinin görüşü Bakı İdman Sarayında baş tutub.

Tədbirdə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) oyun qaydalarına etdiyi son yeniliklər klub nümayəndələrinin diqqətinə çatdırılıb.

Həmçinin görüş zamanı 2026/2027 mövsümünün təşkili və qarşıda duran digər təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər