"Gəncə" basketbol klubunun məşqçisi Zaur Məmmədov məşqçilik lisenziyasını yeniləyib.
AzB.az xəbər verir ki, gənc mütəxəssis Azərbaycan Basketbol Federasiyası (ABF) tərəfindən təşkil olunan məşqçilik seminarını və imtahanı uğurla yekunlaşdırıb.
İmtahan nəticələrinə əsasən, Z. Məmmədov "B" kateqoriyalı məşqçilik lisenziyasına sahib olub.