Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027 mövsümü öncəsi iştirakçı klubların siyahısında dəyişiklik edilib.
AzB.az xəbər verir ki, ABL İdarə Heyəti çempionatın və ölkə kubokunun əsasnaməsinin 3.3 və 5.12-ci maddələrinə uyğun olaraq klubların qeydiyyat tələblərini qiymətləndirib. Qiymətləndirmənin nəticələrinə əsasən müvafiq qərar qəbul olunub.
Qərara əsasən, 2026/2027 mövsümündə "Sumqayıt" BK elita sayılan ABL-də, "Şəki" BK isə ABL 2-də mübarizə aparacaq.
Beləliklə, yeni mövsümdə ABL-də çıxış edəcək 8 komandanın yekun siyahısı müəyyənləşib: