ABL

"Gəncə”də son durum: Kimlər gəldi, kimlər getdi?

"Gəncə”də son durum: Kimlər gəldi, kimlər getdi?

“Gəncə” Basketbol Klubu 2026/27 mövsümünün hazırlıqlarına davam edir.

Azb.az klubun yayda transfer işləri ilə bağlı məlumatları təqdim edir:

“Sarı-göylər”ə yeni baş məşqçi təyin olunub. Komandanın başına Martin Knejeviç keçib. Ona Davit Korcadze ilə İvan Luna yardım edəcəklər. Digər köməkçi məşqçilər Rizvan Səfərovla Zaur Məmmədovun müqaviləsi 1 illik yenilənib. 

Kapitan Carvis Qarret, Eqvazier Rouds, İslam Rzayev, və Mirməcid İsmayılovla müqavilə yenilənib. 

Əlibəy Məmmədli və Tariyel Yusifzadə yenidən “Gəncə”nin şərəfini qoruyacaqlar. Bu basketbolçularla ilə yanaşı, Fikrət Ələkbərov, Aydın İbrahimov, Bakari Kamara, Montavius Mörfi, Kobi Maqi və Nik Ellinqton transfer edilib. 

Qərb təmsilçisi Delano Spenser, Ceykob Uayli, Kori Rivs, Ulaş Turğut, Cəbrayıl Əkbərov və Nazar Quliyevlə başa çatan müqaviləni yeniləməyib.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər