ABL
Mövsümün ilk matçında son çempion və gümüş medalçı üz-üzə gələcək
2026-27 mövsümü üzrə Azərbaycan Basketbol Liqasının ilk oyununda ötən mövsümün mükafatçıları üz-üzə gələcək.
Azb.az xəbər verir ki, sentyabrın 30-da son çempion "Sabah" ilə ötən mövsümün gümüş mükafatçısı "LANDAU Lions" üz-üzə gələcək.
Mövsümün açılış oyunu saat 19:30-da Bakı İdman Sarayında keçiriləcək.
Biletləri azebasketball.com saytında əldə etmək mümkündür. 14 yaşadək uşaqlar üçün bilet tələb olunmur.
