Azərbaycan Basketbol Liqasının yeni loqosu təqdim edilib.
Azb.azxəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, ABL-nin 2026-2027 mövsümü 30 sentyabrdan start götürəcək. 3 dövrədən ibarət müntəzəm mövsümdə 8 komanda liderlik uğrunda mübarizə aparacaq.
Müntəzəm mövsüm başa çatdıqdan sonra turnir cədvəlində ilk iki yeri tutan komandalar birbaşa yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. 3, 4, 5 və 6-cı yerləri tutan komandalar isə Play-In mərhələsində iştirak edəcəklər.