NBA

"Təkliflər məni qane etmir"

"Təkliflər məni qane etmir"

"Nyu-York Niks"in mərkəz oyunçusu Karl-Entoni Tauns klubla yeni müqavilə imzalamaqdan hələ ki uzaq olduğunu bəyan edib.

AzB.az xəbər verir ki, təcrübəli basketbolçu həm komandanın maraqlarını, həm də öz dəyərini nəzərə alan razılaşmaya gəlmək istədiyini vurğulayıb:

"Düzünü desəm, elə bir razılaşma əldə etmək istəyirəm ki, həm komandanı bir yerdə saxlasın, həm də mənim klub üçün əhəmiyyətimi nəzərə alsın. Hazırda bu məsələlərin heç biri reallaşmır".

Tauns meydandakı oyunu ilə müqavilə danışıqlarını bir-birindən ayırmağa çalışdığını qeyd edib: "Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, hazırkı anı yaşamaq və hər şeyin təbii axarına buraxılması daha doğrudur".

Ulduz basketbolçu "Nyu-York Niks"in ona təklif etdiyi illik 45–50 milyon dollar dəyərindəki müqavilə şərtlərini rədd etdiyini də diqqətə çatdırıb.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər