Elayca Brayantdan zədə etirafı: "Necə qayıdacağımı bilmirdim"
"Hapoel Tel-Əviv"in mövsümə parlaq start verən ulduz basketbolçusu Elayca Brayant yaz aylarında keçirdiyi əməliyyatdan sonra yaşıl meydanlara dönüşü ilə bağlı ciddi şübhələr və narahatlıqlar keçirdiyini etiraf edib.
AzB.az xəbər verir ki, cari mövsümdə keçirdiyi ilk üç matçda 16.7 xal, 8.3 ribaund, 4.7 məhsuldar ötürmə və 28.0 effektivlik əmsalı ilə yadda qalan Brayant iki dəfə həftənin MVP-si (ən dəyərli oyunçu) seçilib.
Təcrübəli oyunçu yaz aylarının adətən fiziki inkişaf üçün olduğunu, lakin özünün yalnız əməliyyat və bərpa dövrü ilə vaxt keçirdiyini bildirib:
"Açıq danışım, çox endişələndim. Ən böyük qorxum əvvəlki fiziki səviyyəmə və partlayıcı gücümə qayıda bilməyəcəyim idi".
Yaşadığı çətin günlərdə həyat yoldaşının ona dəstək olduğunu qeyd edən basketbolçu prosesin ona səbir və inam öyrətdiyini vurğulayıb:
"Tanrının planı ameliyat, səbir və zaman qrafikini buraxmaq idi. Narahat olmaq bərpa prosesimə heç nə qatmadı, amma mənə güvən verdi".
