ABL

Amil Həmzəyev: “Aziz Yıldırım zalı və stadionu bəyəndi”

Amil Həmzəyev: “Aziz Yıldırım zalı və stadionu bəyəndi”

“Aziz Yıldırım zalı və stadionu bəyəndi”.

Bu sözləri Azb.az saytına açıqlamasında “Naxçıvan” basketbol klubunun kapitanı Amil Həmzəyev deyib.

 “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırımın Bakıya səfəri zamanı onunla görüşən Həmzəyev bildirib ki, görüş öncədən nəzərdə tutulub: 

“Aprel ayında “Fənərbağça”nın Bakıda rəsmi idman məktəbini fəaliyyətə başlamasının 11 ili tamam olacaq. Biz basketbol, futbol və voleybol üzrə klubun Azərbaycandakı rəsmi təmsilçisiyik.

“Fənərbağça” Azərbaycana gəlmişkən, biz də onları görməyə şad olacağımızı bildirmişdik. Onlar da müraciətimizi müsbət qarşıladılar. Aziz Yıldırım həm meydança və təsislə tanış oldu, həm uşaqlarla bir qədər söhbət etdi, həm də bu illər ərzindəki fəaliyyətimiz barədə danışdıq.

Biz lisenziyanı məhz onun prezidentliyi dövründə almışdıq. Ondan sonra Sadettin Saran və Ali Koç klubun prezidenti oldular. İndi isə yenidən Aziz Yıldırımın qayıtması ilə belə alındı ki, özü gəlib bizi ziyarət etdi.

“Görüş zamanı bütün bu tarixçədən danışdıq. O, “Fənərbağça” loqolarından tutmuş digər detallara qədər hər şeyin klubun ruhuna uyğun şəkildə hazırlanmasını müsbət qarşıladı. Özü də tapşırıq verdi ki, “Fənərbağça TV” də gəlib burada çəkiliş aparsın və oranı işıqlandırsın.

Beləliklə, bu 11 il ərzində gördüyümüz işlər, fəaliyyətimiz və əldə etdiyimiz nəticələr barədə ətraflı söhbət etdik”.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər